Roma Papası XIV Leo Rusiya və Ukraynaya hərbi əməliyyatları dayandırmaq çağırışı edib.
Globalinfo.az xəbər verir ki, onun sözlərini “Vatican News” yayıb.
Papa münaqişə nəticəsində zərər çəkənlərə başsağlığı verib.
O bildirib ki, müharibə yalnız yeni müharibələrə səbəb olur və böyük əzablara gətirib çıxarır.
“Artıq zorakılığı dayandırmağın, dialoq və diplomatiyaya yol açmağın və bununla da sülhə aparan yolu formalaşdırmağın vaxtıdır”, – deyə Papa qeyd edib.
Xatırladaq ki, Roma Papası XIV Leo dəfələrlə Rusiya və Ukraynanı danışıqlara çağırıb.
Əliyar Xəlil
Globalinfo.az