Pakistanın “lənətlənmiş” baş nazir postu – Bu vəzifəni daşıyanlar niyə öldürülür, həbs edilir və…?

Pakistanın keçmiş Baş naziri İmran Xanın həbsi ölkədə gərginliyin artmasına səbəb olub. Xüsusilə Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana ciddi siyasi dəstəyi ilə iki ölkə arasındakı əlaqələr daha da möhkəmlənmiş, o dönəmdə baş nazir postunun sahibi İmran Xan ölkəmizdə böyük rəğbət qazanmışdı.

Pakistanın Azərbaycana münasibəti bütün dövrlər pozitiv olub. Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərin sırasında ön sıralarda gəlir.
Ümumilikdə Pakistanın müstəqillik tarixinə nəzər saldıqda keçmiş baş nazirlərin əksəriyyətinin səlahiyyət müddəti yekunlaşmadan qətlə yetirilməsi, həbs olunması, vəzifədən qalmaqallı şəkildə kənarlaşdırılması kimi hallara məruz qaldıqlarını görürük.

Bəs niyə bu ölkənin baş nazirləri vəzifə müddətlərini normal şəkildə yekunlaşdıra bilmirlər? Bunun səbəbi nədir?

Globalinfo.az Pakistanın vəzifəsindən uzaqlaşdırılan, qətlə yetirilən, həbs edilən baş nazirləri haqqında məlumatları təqdim edir.
1947-ci ildə Pakistan hökumətinin qurulmasından dərhal sonra Baş nazir ofisi yaradıldı. Bu vəzifə İngiltərə Monarxiyasının nümayəndəsi olan general-qubernatorla yanaşı fəaliyyət göstərirdi. Ölkənin ilk baş naziri olan Ləyaqət Xan 1947-1951-ci illər arası bu vəzifəni icra edib. O, 1951-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilib.

67th death anniversary of Liaquat Ali Khan today - Pakistan - Dunya News
Ləyaqət Əli Xan

Qətlə yetirilən baş nazirdən sonra bu posta təyin edilən 6 baş nazir general-qubernator tərəfindən ard-arda vəzifələrindən azad edildilər.
1958-ci ildə Pakistan Prezidenti İskəndər Mirzə öz vəzifə müddətini uzatmaq üçün hərbi vəziyyət tətbiq etmək niyyəti ilə 7-ci baş nazir olan hüquqşünas Firuz Xanı baş nazir postundan kənarlaşdırdı.

Feroz Khan Noon - Jatland Wiki
Firuz Xan

1962-ci ildə Pakistanda baş nazir vəzifəsi ləğv olundu, onun səlahiyyətləri prezidentin səlahiyyətlərinə əlavə edildi. 1970-1971-ci illərdə ölkədaxili qarşıdurmalar, Hindistanla müharibədə məğlubiyyət prezident hakimiyyətinə ciddi zərər vurdu.
Bu müddətdə posta təyin edilən Nurul Əmin ölkənin ən qıza baş naziri olmuş şəxs kimi tarixə düşür. N.Əmin onu bu vəzifəyə təyin edən prezidentin istefası səbəbi ilə cəmi 13 gün baş postunda qaldı.
Nurul Amin - the forgotten Prime Minister of Pakistan | Flickr
Nurul Əmin

1973-cü ildə parlament idarəetmə sistemi konstitusiyaya əsasən yenidən qurulur və baş nazir vəzifəsinə Zülfüqar Əli Bhutto təyin edilir. 9-cu baş nazirin özünün təyin etdiyi ordu generalı tərəfindən 1977-ci ildə hərbi vəziyyətdə vəzifəsinə son verilir.

Pakistan's Zulfikar Ali Bhutto executed - archive | Pakistan | The Guardian
Zülfüqar Əli Bhutto

1985-ci ildə keçirilən seçkilərdə Məhəmməd Xan Junjo növbəti baş nazir olur. Amma 1988-ci ildə konstitusiyada edilən dəyişikliklərə əsasən prezident tərəfindən vəzifəsindən azad edilir.

1988-ci ildə Pakistan Xalq Partiyasının üzvü Bənazir Bhutto bu vəzifəyə seçilir. Beləliklə o, müsəlman ölkəsində baş nazir olan ilk qadın kimi tarixə düşür. Amma B.Bhutto ordu qüvvələri vasitəsilə prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılır.
Benazir Bhutto: Former Prime Minister of Pakistan
Bənazir Bhutto

1988-1993-cü illər baş nazir və prezident postları arasında mübarizə dövrü kimi qiymətləndirilir.
B.Bhuttodan sonra vəzifəyə Nəvaz Şərif seçildi. Prezident İşaq Xan 1993-cü ildə onu da vəzifədən göndərməyə çalışsa da, baş nazir prezidentə qarşı dirəndi. Şərif 1993-cü ildə qarışıq vəziyyət səbəbilə ölkədə nizamlama danışıqları aparmış, nəticədə prezidenti vəzifədən kənarlaşdırılmış, özü isə istefa vermişdir. Mühacirətdə olduğu uzun müddətdən sonra, vətənə qayıtmışdı, və 2007-ci ilin son aylarında ona iki sui-qəsd edildi. Birinci sui-qəsd 2007-ci il oktyabrın 18-də edilmişdi, onun nəticəsində daha 130 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. Bhutto 2007-ci il dekabrın 27-də ikinci terror aktı nəticəsində həlak olmuşdu.

Nawaz Sharif re-elected PML-N president
Nəvaz Şərif

Daha sonra 1993-cü ildə Benazir Bhutto yenidən baş nazir seçilir. O, 1995-ci il dövlət çevrilişindən də salamat qurtulur və vəzifədə qalır. Amma 1996-cı ildə prezident tərəfindən istefaya göndərilir.

1997-ci ildə eksklüziv mandatla Nəvaz Şərif yenidən baş nazir seçilir. Onun hökuməti 1999-cu ildə general Müşərrəf tərəfindən devrilir, ölkədə hərbi vəziyyət hökm sürür. Nəvaz və tərəfdarları isə təqiblərə məruz qalır.

Mir Zəfərullah Xan Camali 2002-ci ildə Pakistanın 15-ci baş naziri seçilir. O, Pərviz Müşərrəfin iqtisadi və xarici siyasətini davam etdirir. Amma Camali də səlahiyyət müddətini başa vurmadan 2004-cü ildə məcburi istefaya göndərilir.

Zafarullah Khan Jamali - Wikipedia
Mir Zəfərullah Xan Camali

Baş verənlərdən sonra baş nazirin kimin olacağı ilə bağlı müzakirələr başlayır. Bu müddətdə postun boş qalmaması üçün Çoudri Şücayət Hüseyn ölkənin 16-cı baş naziri vəzifəsinə müvəqqəti olaraq təyin edilir. Daha sonra parlament Şövkət Əzizin bu vəzifəyə təyinatına qərar verir. Ş.Əziz səlahiyyət müddəti başa çataraq normal şəkildə vəzifəsini yekunlaşdıran ilk baş nazir kimi yadda qalır.

Shaukat Aziz - Wikipedia
Şövkət Əziz

Yusif Rza Gilani 18-ci baş nazir seçilir. O, 2012-ci ilin aprelində məhkəməyə hörmətsizlik etdiyi üçün Ali Məhkəmə tərəfindən vəzifəsindən kənarlaşdırılır.

H.E. Mr. Syed Yousaf Raza Gillani World Forum for Ethics in Business
Yusif Rza Gilani

2013-cü ildə Nəvaz Şərif səs çoxluğu ilə yenidən Pakistanın Baş naziri seçilir. Onun 2017-ci ildə çirkli pulların yuyulması, korrupsiya iddiaları ilə fəaliyyəti araşdırılır. Nəticədə onun vəzifədən kənarlaşdıırlmasına qərar verilir.

Ondan sonra parlament bu vəzifəyə Şahid Xaqan Abbasinin seçir. O, 2018-ci ildə Milli Məclisin buraxılmasına kimi 303 gün bu vəzifəni icra edir.
2018-ci ildə səs çoxluğu ilə İmran Xanın Pakistan Təhrik-i İnsaf Partiyası seçkilərdə qalib gəlir. İmran Xan baş nazir seçilir. 177 üzvdən ibarət koalisiya hökuməti yaradılır. 2022-ci ildə isə baş nazir vəzifəsi ilə bağlı etimadsızlıq əsasında səsvermə keçirilir və İmran Xan vəzifəsindən uzaqlaşdırılır. Buna baxmayaraq Xanın vəzifədən getməsi və sonrakı dönəm ciddi qalmqallar, etirazlarla müşahidə olunur. İmran Xan müxtəlif məzmunlarda dövlət səviyyəsində ittiham edilir. Bir neçə gün öncə isə həbsinə qərar verilir. O, başına gələnlərdə ABŞ-ı günahlandırır.

Imran Khan de-notified as Prime Minister, to continue till caretaker appointment
İmran Xan

Hazırda Pakistanın baş naziri vəzifəsini Şahbaz Şərif icra edir.

Shahbaz Sharif Asks Pak Army Chief, DG ISI To Present Evidence If Opposition Lawmakers Committed Treason
Şahbaz Şərif

Qeyd edək ki, İmran Xana qarşı terrorçuluq ittihamı irəli sürülüb. O, mayın 9-da saxlanılıb, 11-də Pakistan məhkəməsi keçmiş Baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. İmran Xan mayın 12-si girov qarşılığında iki həftəlik azadlığa buraxılıb.

Ayşən Mustafa
Globalinfo.az