thumb 16149324581723528574 1760815487

Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftənin sonunda Türkiyədə danışıqları davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif X sosial media platformasında məlumat verib.

“Nümayəndə heyətləri oktyabrın 25-də İstanbulda yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, – deyə o, ölkələr arasında atəşkəs əldə olunduğunu təsdiqləyib.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi Pakistan və Əfqanıstanın Dohada keçirilən danışıqlarda dərhal atəşkəs barədə razılığa gəldiyini bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: