Ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında bildirilib.
Eyni zamanda qeyd edilib ki, 2022-ci ildə Məhkəmə Hüquq Şurası tərəfindən 4 hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinə vaxtından əvvəl xitam edilib. Bildirilib ki, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib:
“Bütün bunlar onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar pozuntulara görə intizam icraatları başlanılıb”.