Ordumuz Araz sahilinə endi, Xocalı qatili qorxuya düşdü

Ermənistan Azərbaycan və Türkiyənin hərbi təlimlərinə cavab verməli, hərbi manevrlər keçirməlidir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

O, Bakının qarşısını almağın çətin olacağını bildirib. Ohanyan həmçinin Azərbaycan və Türkiyənin Zəngəzurda dəhlizin açılması üçün hər şeyi edəcəyini söyləyib.

Keçmiş müdafiə naziri regional təhlükəsizlik sisteminin formalaşdırılmasında İranın ciddi şəkildə nəzərdən keçirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Ohanyan Serj Sərkisyanın dönəmində Ermənistanın müdafiə naziri olub. O, həmçinin Xocalı soyqırımının əsas təşkilatçılarından biri hesab edilir.

İlkin
Globalinfo.az