pasinyan 99

“Məhsullarımızın Rusiyaya ixracı ilə bağlı yaranan çətinliklər fonunda yeni bazarlar və alternativ marşrutlar üzrə imkanlar nəzərdən keçiririk”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Türkiyəyə erməni məhsullarının ixracının artırılmasının mümkünlüyünü istisna etməyib.

“İxracın genişləndirilməsi məsələsi bütün istiqamətlər üzrə müzakirə olunur. Yaxın vaxtlarda erməni iş adamlarından ibarət nümayəndə heyəti Türkiyənin Qars şəhərinə səfər edib və burada türk sahibkarlarla görüşlər keçirib.

Həmin görüşlər zamanı iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: