İmtahan nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

Mərkəzdən Globalinfo.az-a verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün 1 134 namizəd qeydiyyatdan keçib.

İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahanlar haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə DİM-in saytında tanış olmaq olar.

***14:37

Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

Bu barədə Globalinfo.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1134 namizəd qeydiyyatdan keçmişdi. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.