Ömər aşırımında yollar qardan təmizlənir – AAYDA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Toğanalı-Kəlbəcər avtomobil yolunda, Ömər aşırımında yolların qardan təmizlənməsini davam etdirir.

Bu barədə Globalinfo.az-a AAYDA-dan bildirilib.

Məlumata görə, nəticədə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur: “Xüsusi texnikalar vasitəsi ilə yol açıq saxlanılır, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur. Sürücülərə yollarda diqqətli olmaları, şinləri zəncirlənmmiş nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”.