Ölkədə koronavirusla bağlı son durum: ölənlər var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.