DİQQƏT! Bu binalara istilik verilməyəcək – VİDEO

 

“Azəristiliktəchizat” əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb. Binaların girişinə bununla bağlı elanlar da vurulub.

Globalinfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sentyabrın 5-də təsdiqlədiyi qaydalara əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Artıq bununla bağlı prosesə başlanıb.

“Azəristiliktəchizat” ASC-dən bildirilib ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumat verilib. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

“Azəristiliktəchizat” ASC-nin şöbə rəisi Xəqani Süleymanlı bildirib ki, müqavilə bağlamayan şəxslər məhdudiyyətlə qarşılaşaqcaqlar.

Qeyd edilib ki, noyabrın 15-dən ölkə ərazisində istilik mövsümünə start veriləcək.