Oğuz sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Globalinfo.aza verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri 1-i yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları 2 ov tüfəngini könüllü olaraq təhvil veriblər.