
NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqları yekunlaşdırmasını alqışlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə alyansın mətbuat katibi Elison Hart “X” hesabında məlumat yayıb.
“Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların yükunlaşmasını alqışlayırıq və razılaşmanın imzalanmasını və ratifikasiya olunmasını səbirsizliklə gözləyirik. Bu, normallaşma prosesində irəliyə doğru atılmış mühüm addım və regional təhlükəsizlik üçün bir nemətdir”, – paylaşımda deyilir.
Qeyd edək ki, ABŞ, Rusiya, Fransa, Almaniya və digər ölkələr, eləcə də müxtəlif təşkilat və qurumlar da razılaşma danışıqlarının yekunlaşmasına dair təqdir bəyanatları yayıb və prosesi alqışladıqlarını bildiriblər.
Aysel Əliyeva
Globalinfo.az