Oğana niyə vəzifə verilmədi? – Son dəqiqə AÇIQLAMASI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada andiçmədən sonra ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.

Siyahıda Sinan Oğanın olmaması diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, Oğan dərhal sosial şəbəkə hesabında paylaşım edərək bu məsələyə aydınlıq gətirib:

“Yeni Nazirlər Kabinetinin ölkəmizə və millətimizə uğur gətirməsini arzu edirəm. İlk gün də dediyimiz kimi biz prezidentlə heç bir vəzifə üçün danışıqlar aparmamışıq, sadəcə prinsiplər əsasında razılığa gəlmişik. Bu səbəbdən də ilk gündən adımıza nə qədər əsassız və böhtan xarakterli “bazarlıq” kimi spekulyasiyaların aparıldığı bir daha görmüş olduq. Ümid edirəm ki, önümüzdəki dövrdə iqtisadiyyat və qaçqınlarla bağlı prinsiplərimizin reallaşmasının şahidi olacağıq”.

Qeyd edək ki,Sinan Oğan “Türkiyə-2023” Prezident seçkilərində “ATA İttifaqı”nın namizədi olaraq iştirak edib. Seçkilərin ikinci turunda isə onun dəstəyini Rəcəb Tayyib Ərdoğana verməsilə bağlı açıqlamaları ciddi müzakirələrə səbəb olmuşdu.

Ayşən Mustafa
Globalinfo.az