O klublara texniki məğlubiyyət verilsin – FİFA prezidenti

Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino azarkeşləri irqçilik edən klublara texniki məğlubiyyət verilməsini istəyib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb.

O təklif edib ki, azarkeşləri irqçi olan komanda üçün texniki məğlubiyyət tətbiq edilməli və irqçilərin stadionlara girişi qadağan olunmalıdır.