Rusiya Belarusa nüvə silahı yerləşdirir – Putin tarixi elan etdi

“Müvafiq qurğuların hazırlıq prosesi başa çatdıqdan sonra, iyulun 7 və 8-də Rusiya Belarusda nüvə silahlarının yerləşdirilməsinə başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Luşakenko ilə Soçidə görüşü zamanı deyib.

“Hər şey plana uyğun gedir, müvafiq hazırlıq iyulun 7 və 8-də başa çatacaq. Bundan sonra biz Belarus ərazisində nüvə silahlarının yerləşdirilməsinə başlayacağıq”, –- Putin bildirib.

Ayşən Mustafa
Globalinfo.az