Novxanıda qəzada xilas edilən sürücü xəstəxanada öldü – VİDEO

Novxanıda qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, sürücü 1970-ci il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlu xəstəxanada ölüb.

***

Novxanıda avtomobillər toqquşub, xəsarət alanlar var.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, KIA markalı minik avtomobili ilə “Hyundai” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və KIA markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Mübariz Nizami oğlu Allahverdiyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.