img 20260806 wa0026

Milli Məclisin deputatı Novruzəli Aslanov 06 avqust 2026-cı il tarixində İsmayıllı rayonunda seçicilərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Aşıqbayramlı və Talış kəndlərində baş tutub.

Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Kənd sakinlərini daha çox narahat edən məsələ su təchizatında mövcud olan bəzi problemlərlə bağlı olub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Aşıqbayramlı və Talış kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

img 20260806 wa0028 img 20260806 wa0021 img 20260806 wa0024

Paylaş: