NK-nın yeni QƏRARI: benzin kəskin ucuzlaşır? – İqtisadçı açıqladı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb.

Bu dəyişiklik nəyə hesablanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu qaydaya əsasən qiymət ucuzlaşmalıdır:

“Əsas məsələ Azərbaycanın xaricdən nə qədər 92 oktanlı bezin almasından asılıdır. Ucuzlaşacağını düşünmürəm, sadəcə qiymət bahalaşmasın deyə bu addımı atırlar. Məlum olduğu kimi, Rusiya benzin və dizel yanacağının ixracatına bir neçə aylıq məhdudiyyət qoyub. Əvəzində başqa ölkələrdən, əsasən də Qazaxıstandan çatışmayan hissəni alacağıq.

Qayda ölkə ərazisində istehsal olunan məhsullara aid deyil, aksiz vergisinə və 95-98-ə aiddir. Çünki onların tamamı xaricdən gətirilir”.

Safura Bənnayeva
Globalinfo.az