“Yeni müstəqillik əldə etmiş ölkəmizin azad siyasət yürütməsini o zaman da qəbul etmirdilər, indi də etmirlər. ABŞ-ın Azərbaycanla münasibətlərində müəyyən gərginlik var. Bundan başqa, Zəngəzur üzərindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsinə əsas maneə İrandır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Azərbaycana qarşı təhdidlərin kökündə, ermənipərəst mövqeyin arxasında başqa səbəblər dayanır:
“Əldə edilmiş uğurlara baxmayaraq, diplomatik fəaliyyətimizi də genişləndirməliyik. Səfirlərin səlahiyyət müddəti ilə bağlı məsələyə diqqət çəkmək istəyərdim. 24.7-ci maddəyə əsasən səfirlərin fəaliyyət müddəti 5 ildir. Lakin bəzi səfirlər bu müddətdən artıq – 10-15 il ərzində fəaliyyətlərini davam etdirirlər. Niyə hansısa səfirimiz Səudiyyə Ərəbistanında, İsveçrədə bu qədər uzun müddət səfir olmalıdır? Sözügedən məsələ sui-istifadə halıdır”.
Safura Bənnayeva
Globalinfo.az