Bayrağımızı yandıran ermənidən eyhamlı mesaj: “Hər şeyi danışacağam”

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni stilist Aram Nikolyan öz ərizəsi ilə işdən çıxması haqda açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, tezliklə ətraflı məlumat verəcəyini bildirib.

“Hazırda heç nəyi şərh etmək istəmirəm, amma tezliklə danışacağam. İnanın, mütləq danışacağam”, – deyə o, hansısa qaranlıq məqamlara aydınlıq gətirəcəyinə eyham vurub.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin iclasında ölkənin İctimai Televiziyasının icraçı direktoru Ovannis Movsisyan Aram Nikolyanın öz ərizəsi ilə işdən çıxdığını bildirmişdi.

Ayşən Mustafa
Globalinfo.az