“Vaxt gələcək, Moskvanın mərkəzindəki Qırmızı meydanı vuracağıq”.
Globalinfo.az xəbər verir ki, bunu ukraynalı deputat Yuri Pavlenko deyib.
O, Moskvada çox sayda qanuni hərbi hədəflərin olduğunu bildirib:
“Biz zamanı gəldiyində Qırmızı meydanın vuracağıq, bu, istər mayın 9-da, istərsə də başqa vaxt ola bilər. Rusiyanın paytaxtında bir sıra qanuni hərbi hədəflər var ki, onlar Ukrayna torpaqlarına böyük bəla gətiriblər. Ölən hər uşaq, mülki şəxs və əsgər üçün qisas alınacaq”.
Qeyd edək ki, mayın 9-da Qırmızı meydanda Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunan hərbi parad, bir sıra başqa tədbirlər və atəşfəşanlıq keçiriləcək. 10-dan çox liderin həmin gün Qırmızı meydanda paradı canlı izləyəcəyi gözlənilir.
Ayşən Mustafa
Globalinfo.az