Putin Paşinyanı bağışlamayacaq: “özəl gün”də səhv etdi

“Rusiyada martın 15-dən başlayan prezident seçkiləri bu gün də davam edir. Məlum olduğu kimi, Rusiya prezidenti postuna 4 namizəd mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin. Seçkilərin nəticələri əvvəlcədən müəyyən edilib, ona görə də heç kim təəccüblənməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan deyib.

Onun sözlərinə görə, Ermənistan seçkidə müşahidə missiyasına cəlb edilməyib, KTMT çərçivəsində müşahidəçi olmaqdan imtina edib:

“Onun müşahidəçi göndərməməsi mənfidir, çünki hər halda biz hələ də eyni hərbi-siyasi və iqtisadi blokun üzvləriyik. Nikol Paşinyanın nə qədər böyük istəkləri olsa da, siyasi cəhətdən yetişməmiş Ermənistan cəmiyyətini KTMT-ni Aİ-nin əvəz edə biləcəyinə inandırmaq üçün çalışmalıyıq”.

O, mövcud Rusiya-Ermənistan münasibətlərinə də toxunub:

“İqtisadi əlaqələrimiz əsasən Avrasiya İqtisadi İttifaqı ilə bağlıdır, pulköçürmələrinin 90%-ni Rusiyadan alırıq və hər il 200-250 min vətəndaşımız Ermənistandan xaricə işləmək üçün Qərbə və ya Nikolun sevimli Türkiyəsinə deyil, Rusiyaya gedir. İndi isə bu cür kəskin anti-Rusiya demarşları etmək və bir qrup müşahidəçi göndərməmək, təbii ki, xoş qarşılanmır və onun mənfi nəticələri də olacaq.

Düşünmürəm ki, Putin yenidən seçiləndən sonra Ermənistan hakimiyyətinə qarşı addımlar atsın, əgər yenə deyirəm, rusları təxribata çəkməsələr. Çünki hazırda Ukrayna hərbi səhnəsi və Qərblə davam edən qarşıdurma Rusiya üçün daha vacibdir. Ukraynada müəyyən uğur əldə etdikdən sonra Rusiyanın Cənubi Qafqazda da konkret addımlar atacağı gözlənilir”.

Safura Bənnayeva
Globalinfo.az