“Paşinyan hələlik açıqlanmayan sürpriz razılaşmaya gedib” – Erməni politoloq

Vaşinqtonda danışıqlar göstərdi ki, İrəvandan yeni güzəştlər tələb edilir.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan yayıb.

“Danışıqlara qədər Qarabağ mövzusu artıq qapanmışdı. Paşinyan bütün imkanlar və işarələrlə bunun haqqında danışırdı. O, parlamentdə deyəndə ki, biz praktik olaraq bütün imkanları itirmişik, bu daxili auditoriyaya, siyasi opponentlərə və beynəlxalq ictimaiyyətə verilən işarə idi. Paşinyan danışıqlar prosesində onsuz da çox şeyi güzəştə gedib ki, buraya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması da daxildir. Məncə Ermənistan artıq bu tələblərə və digərlərinə razılaşıb. Məncə hələlik açıqlanmayan razılaşma ortaya çıxanda bizim üçün siyasi sürpriz olacaq” – deyə o bildirib.

Martirosyan Azərbaycanın Ermənistana heç nəyi güzəştə getməyə hazır olmadığını söyləyib. O həmçinin ABŞ-ın mövcud sənədi sırımağa və bu prosesi öz maraqları çərçivəsində istifadə etməyə çalışdığını deyib:

“ABŞ-ın bölgəyə birinci dərəcəli marağı Rusiyanı regionumuz ikinci-üçüncü plana salıb. İndi önəmli olan Ermənistanın bundan sonra hansı güzəştlərə gedəcəyidir”.

Globalinfo.az