Netanyahu müharibə elan etdi – Genişmiqyaslı olacaq!

İsrailin Baş naziri Benyamin Netanyahu Livan sərhədində təhlükəsizliyi təmin etmək və köçkün israillilərin öz evlərinə qayıtmasına şərait yaratmaq üçün Hizbullahla müharibə daxil, hər şeyə hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Netanyahu Livan sərhədinə yaxın hərbi hissəyə səfəri zamanı bölgədəki vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Hizbullah 2006-cı ildə böyük səhvə yol verdi və bu gün də eyni səhvi davam etdirir. Biz şimalda təhlükəsizliyi bərpa etmək və ailələrinizin sağ-salamat evlərinə qayıtmaları üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, bunun genişmiqyaslı müharibə olmadan həyata keçirilməsini istəyirdik. Lakin heç də hər şey planlaşdırıldığı kimi olmur”, – Netanyahu fikirlərini tamamlayıb.

Əliyar Xəlil,
Globalinfo.az