İsrail üçün riskli qərar – Rusiya burada müharibə başlada bilər

“Ukraynaya silah tədarükü tədqiqat mərhələsindədir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Fransa televiziyasına müsahibəsində deyib.

“Bundan öncəki İsrail hökumətləri silah tədarükü məsələsini nəzərdən keçirərək rədd ediblər. Mən bunu araşdırıb, mümkün ola biləcək cavabı verəcəyəm”, – o bildirib.

Qeyd edək ki, İsrailin Ukraynaya silah verməsinə Rusiya faktoru mane olub. Təl-Əvivə görə, Ukraynaya silah tədarükü Rusiyanın Suriyada fəaliyyətini aktivləşdirəcək ki, bu da İsrail üçün cəbhədə yeni təhdidlər yarada bilər.

İlkin Həsənov
Globalinfo.az