“Neftçi” yay transfer dövründə 5-ci transferini reallaşdırıb.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” İsrailin “Makkabi” (Netanya) klubunun futbolçusu Freddi Varqasın transferini rəsmiləşdirib.
Dünən axşam saatlarında Bakıya gələn Varqas bu gün tibbi müayinədən uğurla keçib. Venesuela millisinin yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.
Klub yaxın saatlarda transferi rəsmən açqıalayacaq.
Qeyd edək ki, 26 yaşlı futbolçu geridə qalan mövsümdə “Makkabi”nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun transfer dəyərini 900 min avro olaraq qiymətləndirir.