8e0672ea 686c 32a2 be71 8f96b9b6faed 850

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları bu gün start götürüb.

Globalinfo.az xəbər verir ki, günün növbəti qarşılaşmasında “Neftçi” “Sabah”la üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik edib. Samir Abasovun yetirmələri “Sabah”la bacarmayıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” doğma meydanda “Qarabağ”a qalib gəlib – 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.

Paylaş: