
Londonun ICE birjasında “Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.26% artaraq 76.64 dollar/barel olub.
Globalinfo.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 0.40% artaraq 75.14 dollar təşkil edib.
“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3.79 ABŞ dolları və ya 5% bahalaşaraq 79.58 ABŞ dollarına çatıb.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.