Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin paytaxtda “Qış parkı” adlanan ərazi yaxınlığında çəkilmiş fotosu maraq doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Söhrab İsmayıl paylaşım edib.
Jurnalist nazirlə parkın yaxınlığında avtobus dayanacağında qarşılaşdığını bildirib:
“Qış parkı” yaxınlığındakı dayanacaqda avtobus gözləyərkən hörmətli təhsil naziri Emin Əmrullayevi gördüm. Təhsil nazirinin sadəliyi, təvazökarlığı məni sevindirdi. Çox sağ olsun, xatirə fotosu çəkdirmək istəyimi qəbul etdi”.
Əliyar Xəlil
Globalinfo.az