Naziri döyən şəxs 1 milyon ödəyib, azadlığa çıxdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı vurduğu üçün saxlanılan şəxs azadlığa buraxılıb.

Globalinfo.az xəbər verir ki, Mirzoyanı döydüyü deyilən şəxs məhkəmə qarşısına çıxarılıb və 1 milyon dram (4 min 304 manat) girov ödəməsi qarşılığında sərbəst buraxılmasına qərar verilib.

2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalanması, işğaldan azad edilən ərazilərin Azərbaycana qaytarılması rəsmiləşdikdən sonra Ermənistan əhalisi hökumət binasına kütləvi şəkildə hücum etmişdi. Həmin an xarici işlər naziri Arartat Mirzoyanın və digər bir neçə rəsmi şəxsin izdihamda döyülməsi ilə bağlı görüntülər yayılmışdı.

Hadisə sonra saxlanılan Badoyan soyadlı şəxs sadəcə həmin an oradan keçdiyini, nazirə xəsarət yetirmədiyini bildirsə də, məhkəmə onun girov qarşılığında azadlığa çıxmasına qərar verib.

Erməni deputat İrəvanın ortasında vəhşicəsinə döyüldü - Foto
2020-ci il, hökumət binasına hücum zamanı Mirzoyanın yayılan fotosu

Ayşən Mustafa
Globalinfo.az