Nazirdən su problemi ilə bağlı yeni təklif

“İqlim dəyişikliyi ərzaq təhlükəsizliyi üçün əsas təhdiddir. Məsələn, martın 9-da orta temperatur 3-4 dərəcə olub, amma bu gün – martın 9-da 10-12 dərəcə isti var. Bu da iqlim dəyişikliyinin təzahürüdür”.

Globalinfo.az bildirir ki, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya bu gün: Çağırışlar və Ümidlər” mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdid dövrü: İqlim dəyişikliyi, Qida təhlükəsizliyi, Nüvə təhlükəsizliyi” adlı panel bildirib.

Nazir deyib ki, qlobal istiləşmə su resurslarına mənfi təsir göstərir:

“Azərbaycanın su resurslarının 70 faizi transsərhəd hövzələrdən gəlir. İqlim dəyişikliyi riskləri bir ölkə ilə bağlı deyil, regional səviyyədə mübarizə aparmalıyıq. Biz Türkiyə, Gürcüstan, Rusiya və İrandan gələn sulardan çox asılıyıq. Smart, ağıllı su idarəetmə sistemi qura bilməsək, problemləri həll edə bilməyəcəyik”.

Muxtar Babayev qeyd edib ki, son 30 ilə baxılsa, daşqınlar daha çox olur:

“Bu, artıq reallıqdır. Biz çox praqmatik uyğunlaşma proqramı tərtib etməliyik. Bu məsələni bir dövlət həll edə bilməz. Regional səviyyədə bu platformanı necə qura biləcəyimizi düşünməliyik”.

Azərbaycanın azad edilmiş ərazilərlə bağlı planları barədə məlumat verən Muxtar Babayev problemlərə qarşı birgə mübarizəni zəruri sayıb.