1081818

Ermənistan yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan vəzifəsindən azad edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Sözügedən vəzifəyə keçmiş diaspor naziri Mxitar Ayrapetyanın təyin ediləcəyi iddia olunur.

Qeyd edək ki, Robert Xaçatryan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasına qarşı idi.

Xaçatryan ötən ilin 27 aprelində nazir təyin edilib. Bundan əvvəl, 2021-2022-ci illərdə o, nazir müavini vəzifəsini tutub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: