Nazir müavini Məmməd İsmayılı ziyarət etdi

Mədəniyyət nazirinin müavini Murad Hüseynov tanınmış şair, publisist Məmməd İsmayılın səhhətində yaranmış problemlərlə əlaqədar onu ziyarət edib.

Bu barədə Globalinfo.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

“Mədəniyyət Nazirliyi Məmməd İsmayılın səhhəti ilə yaxından maraqlanır və bunu diqqət mərkəzində saxlayır. Şairin müalicəsinə zəruri dəstəyin göstərilməsi üçün müvafiq qurumlara müraciət ediləcək”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, ötən gün ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib. Diqqətə çatdırılıb ki, şairin səhhətində problemlər yaranıb, ona kömək lazımdır.