Builki “Avroviziya” şərhçimiz açıqlandı

“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu missiya aparıcı Azər Süleymanlıya həvalə edilib.

Bu barədə aparıcı instaqramda bildirib.

Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Azərbaycanı “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcək.