2021 10 21T083605Z 885387580 RC28EQ9N4H6W RTRMADP 3 NATO DEFENCE.JPG

Oktyabrın 15-də Brüsseldə Ukraynaya silah tədarükü üzrə NATO Təmas Qrupunun yeni iclası keçiriləcək.

Globalinfo.az xəbər verir ki, toplantı Almaniya və Böyük Britaniyanın sədrliyi ilə NATO-nun mənzil-qərargahında baş tutacaq.

“İştirakçılar Kiyevə gələcək dəstəyi və Qərb ölkələrindən hərbi yardımın koordinasiyasını müzakirə etmək niyyətindədirlər”, – deyə bildirilib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) bundan əvvəl Ukraynaya 4 milyard avroluq yeni tranş ödəyib, bunun 2 milyard avrosu pilotsuz təyyarələrin istehsalı üçün istifadə olunacaq. Kiyevə verilən vəsaitin ümumi məbləği 180 milyard avroya çatıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: