
NATO liderləri ABŞ Prezidenti Cozef Baydenin prezident seçkisində Donald Trampa qalib gələ bilməyəcəyindən qorxurlar.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Politico” qəzeti yayıb. Qəzetə danışan anonim avropalı siyasətçilərdən biri deyib ki, Avropada Baydenin seçildikdən sonra daha 4 il yaşayacağından əmin deyillər. Məlumata görə, hazırda Avropa ölkələri arasında səssiz formada Baydenin ABŞ-ın “köhnə qitə”yə dəstəyini nə vaxta qədər davam etdirə biləcəyi müzakirə edilir.
“Politico” yazır ki, ümumilikdə Qərb dövlətləri Trampın yenidən ölkə başına qayıtmasından və NATO-ya zərər vurmasından qorxurlar.
Tahir Turan
Globalinfo.az