nato esger 11

NATO qüvvələri Polşanın şimalında Rusiya və Belarus sərhədi yaxınlığında təlim keçirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, “Tumak-22” adlı təlimlərdə 2 min hərbçi iştirak edib. Hərbi təlimlərə polşalı hərbçilərlə yanaşı, ABŞ, Britaniya, Rumıniya və Xorvatiya hərbi qulluqçuları da qatılıb.

Bununla yanaşı, təlimlərə 1000 ədəd döyüş texnikası cəlb olunub.

Paylaş: