“NATO Rusiyanın nüvə sahəsindəki aktivliyinə reaksiya verməyə ehtiyac görmür”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“İndiyədək biz nüvə qüvvələrinin mövqelərində reaksiya sərgiləyəcək hər hansı dəyişiklik görməmişik. Amma alyans Rusiya tərəfinin atdığı addımları diqqətlə izləyir”, – NATO baş katibi bildirib.
Stoltenberq həmçinin əlavə edib ki, Kiyevə Qərb silahları ilə Rusiya ərazisinə hücuma icazə verilməsi, NATO ölkələrinin münaqişə tərəfi olması anlamına gəlmir.
Müşviq Tofiqoğlu
Globalinfo.az