İntensiv görüşlər başladı: Paşinyanın devrilməsinə hazırlıq

Ermənistanda müxalif qüvvələrin hakimiyyətə qarşı konsolidasiyası başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

Məlumata görə, artıq bununla bağlı intensiv görüşlər keçirilir:

“Mənbəmiz bildirir ki, xüsusilə müxalif ictimai-siyasi xadim Avetik Çələbyan siyasi qüvvələr, alyanslar və müxalifətin bir sıra nümayəndələri ilə aktiv görüşlər aparır. Bizdə olan məlumata əsasən, müzakirələrin əsasında vahid fəaliyyət üçün imkanlar axtarılır”.

Qeyd edək ki, son zamanlar müxalifətdə Paşinyana qarşı fəaliyyət maksimum həddə çatıb. Laçın istiqamətində baş verən son döyüşlərdən sonra bu daha da artırıb.

İlkin Həsənov
Globalinfo.az