GettyImages 2217998029

Nyu-Yorkun ilk müsəlman meri olan Zöhran Məmdani ABŞ müstəqilliyinin 250 illiyinə həsr olunmuş çıxışında Prezident Donald Trampın immiqrasiya siyasətinə yanaşmasını və milli kimlik ideyalarını adını çəkmədən tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, bələdiyyə binasından çıxış edərkən Amerikanın “immiqrantların sayının artması ilə zəiflədiyi” fikrinin yanlış olduğunu vurğulayıb.

Mamdani qeyd edib ki, bu yanaşma sadəcə hakimiyyətdə olanların mövqeyini əks etdirir:

“Siyasi bölünmələr və cəmiyyəti bölmək strategiyası siyasətdə ən qədim və ən ucuz fəndlərdir, lakin tarixən ABŞ bu cür fikir ayrılıqlarının öhdəsindən gəlib. Ölkənin inkişafı daim təkmilləşməyə və vətəndaşların iştirakına əsaslanır.  ABŞ Müstəqillik Bəyannaməsində təsbit olunmuş ideallara yaxınlaşmaq üçün hər gün çalışan bir ölkədir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: