Bir neçə gün əvvəl Ermənistanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak məqsədilə İrəvana səfər edən Azərbaycan və Türkiyə nümayəndələri üçün xüsusi ekskursiya təşkil olunub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr bildirir ki, Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədr müavini, Konstitusiya Məhkəməsinin yeni seçilmiş kollegiyasının üzvü Armen Xaçatryan seminarda iştirak edən Azərbaycan Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradova bələdçilik edib. Xaçatryan Muradovu İrəvanda gəzdirib, onu qədim tikililərin olduğu yerlərə aparıb.

Məlumata görə, onlar bu müddətdə rus dilində danışıblar. Muradov gördüklərinə heyran olduğunu deyib.

Azərbaycan nümayəndəsi həmçinin İrəvanda baş tutan seminarda Ermənistana qarşı heç bir ərazi iddiamızın olmadığını, əksinə, bu ölkənin Konstitusiyasında Azərbaycana ərazi iddialarına əsas yaradıldığını vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: