1758515505 makron 2 1749729071

“Emmanuel Makron narsist və ən pis prezidentdir”.

Globalinfo.az xəbər  verir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozinin keçmiş müşaviri Alain Mintz deyib.

Digər tərəfdən, “Poitico” nəşri qeyd edib ki, Mintz bir vaxtlar Makronu tərifləyir, onu Napoleon Bonapartın generalları ilə müqayisə edirdi:

“İndi o deyir ki, Makron Fransa institutlarını təhlükə altına alır və 2027-ci il prezident seçkiləri ərəfəsində ehtiyatsız qərarlar qəbul edir. Keçmiş müşavirin sözlərinə görə, Makron hakimiyyətə gəldiyi vaxtdan Fransa daha pis vəziyyətdədir və bu, bağışlanmazdır”.

Qeyd edək ki, Fransada növbəti prezident seçkiləri 2027-ci il aprelin 8-dən 23-dək keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: