Mühüm kəşf: Ürək çatışmazlığı olan xəstələr sağaldılar

Alimlər ürəyin amiloidozu nəticəsində yaranan ürək çatışmazlığının müalicəsində inqilab yarada biləcək bir nüansı kəşf ediblər.

Ürək amiloidozu ürəkdə yapışqan və zəhərli zülalların yığıldığı bir xəstəlik formasıdır. Əvvəllər bu vəziyyət sağalmaz hesab edilirdi və xəstələrin yarısı diaqnoz qoyulandan sonra dörd il ərzində vəfat edirdi.

Globalinfo.az xəbər verir ki, London Universitet Kolleci (UCL) və “Royal Free” xəstəxanasından olan tədqiqatçılar qrupu məyusedici diaqnoza baxmayaraq, öz-özünə yaxşılaşan ürək çatışmazlığından əziyyət çəkən 68 yaşdan yuxarı üç xəstə üzərində araşdırma aparıblar.

Tədqiqat ürək-damar maqnit rezonans görüntüləmə (CMRI) daxil olmaqlobyektiv qiymətləndirmə metodlarından istifadə edərək xəstələrin vəziyyətində yaxşılaşmanı təsdiqləyib. Bu prosedur ürəkdə amiloid zülallarının yığılmasının tamamilə yox olduğunu göstərib. Alimlər, həmçinin hər üç xəstədə xüsusi olaraq amiloidə qarşı immun cavab aşkarlayıblar.

Lakin tədqiqatçılar sağalmaya səbəbin məhz bu immun reaksiyanın olduğuna əmin deyillər. Buna baxmayaraq, onların araşdırmalarının nəticələri amiloidə qarşı yönəlmiş antikorların yaradılması və onlardan ürək amiloidozunun müalicəsində istifadə edilməsinin mümkünlüyünü göstərir.

Anticisimlərin təsir mexanizmləri və mümkün yan təsirlər kimi bəzi suallar cavabsız qalsa da, bu kəşfin ürək amiloidozu ilə mübarizədə irəliyə doğru mühüm addım olduğu qeyd edilib.