1643460789 kremlin01

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər naziri Helen Makenti X sosial şəbəkəsində yazıb.

O bildirib ki, yeni paket əsasən Rusiyanın gəlir mənbələrini hədəfə alır, onun “kölgə donanması”nın fəaliyyətini məhdudlaşdırır və tədarük zəncirlərini pozmağa yönəlib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də razılaşdırılmış paketin detallarını açıqlayıb.

Onun sözlərinə görə, sanksiya siyahısına daha 32 Rusiya bankı, həmçinin kriptovalyuta şirkətləri və neft ticarəti platformaları daxil edilib.

Eyni zamanda, Rusiya nefti üçün tətbiq olunan qiymət tavanının yenidən nəzərdən keçirilməsi bir il müddətinə dondurulub.

Qeyd edək ki, hazırda Avropa İttifaqının (Aİ) 27 üzv dövləti var.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: