ermeni esgerr

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük savaş zamanı erməni ordusunda 11 min fərarinin olduğunu deməsi ölkəni qarışdırıb.

Globalinfo.az xəbər verir ki, Akopyanın bu çıxışı bir sıra erməni ictimai xadimlərin narazılığına səbəb olub. Xüsusilə müxalifət Akopyanın sözlərinin Ermənistan dövlətinin reputasiyasına zərər vurduğunu bildirib.

Erməni aktivist Karen Ekimyan bunları yazıb:

“Müharibədən öncə yayımlanan sənədlərə əsasən, Ermənistan Silahlı Qüvvələrində 44800 nəfər hərbçi xidmət edib. Bu isə müharibə dönəmində erməni ordusunun 25%-nin döyüş meydanından qaçdığını deməyə əsas yaradır. Dövlətin reputasiyasına hələ heç kim belə zərbə vurmayıb”.

Paylaş: