İranda müğənnimizin başına saxta pul səpilib? – VİDEO

Punhan Piriyev - Mecnundu Keremdi (Yeni Mahni 2022) - YouTube

Tanınmış müğənni Pünhan Piriyevin toyda oxuyarkən başına çoxlu şabaş tökülməsi sosial şəbəkələrdə gündəm olub. Bəziləri pulun saxta olduğunu iddia ediblər.

Pünhan Piriyev Globalinfo.az-a açıqlamasında görüntülərin İranın Culfa rayonunda çəkildiyini bildirib:

“Pullar saxta deyil. Ötən həftə İranda soydaşlarımızın toyunda idim. Burada gizlədiləsi heç nə yoxdur. Görüntülər də məhz həmin şənlikdəndir. Onlarda adətdir – sevdikləri müğənni ifa edərkən başından pul səpirlər”.

 

Leyla Əlisoy
Globalinfo.az