Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında plan

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Plana əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində cari il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyən edilib.

Bu il təşkil ediləcək tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə bağlı şəxsi heyətlə bir sıra görüşlər keçiriləcək, müxtəlif mövzularda məruzələr dinləniləcək, həmçinin onlarla ətraflı fikir mübadiləsi aparılacaq.