63693ebc85ce563693ebc85ce61667841724ec968518b8166d3fb76121af7efb1f55

Türkiyənin Azərbaycana hərbi-texniki, təlim-təchizat sahəsində tam dəstəyi davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.

“Bizim Rusiya ilə (Ağdamda – red.) müştərək mərkəzimiz fəaliyyət göstərir, biz işimizi gecə-gündüz Azərbaycanlı qardaşlarımızlan tam koordinasiyalı şəkildə davam etdiririk. Şuşa bəyannaməsi isə bizim münasibətlərimizdə ən vacib addımlardan biri oldu, ortaq addım və niyyətlərimiz burada yer aldı. Azərbaycan və Türkiyənin Ermənistana uzatdığı sülh əlinin nə qədər vacib olduğunu onlar tərəfindən anlamaları lazımdır”, – Akar vurğulayıb.

Paylaş: