Avropa İttifaqı (Aİ) Şurası və Parlamenti Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair ilkin razılaşmanı qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Danimarkanın İqlim, Enerji və Kommunal Təsərrüfatlar naziri Lars Aqaard bunu “bütün Avropa üçün böyük qələbə” adlandırıb:
“Biz Avropa İttifaqının Rusiya qazından asılılığına son qoymalıyıq. Bizim Rusiya qazına daimi qadağamız düzgün istiqamətdə atılmış mühüm addımdır. Bu tənzimləmə Rusiyadan enerji idxalına son qoymaq üçün Aİ-nin “REPowerEU” yol xəritəsinin əsas elementidir”.
Məlumata görə, tam qadağanın müvafiq olaraq 2026-cı ilin sonu və 2027-ci ilin payızında qüvvəyə minməsi gözlənilir.
Qanun layihəsinin həmmüəllifləri təsdiqləyiblər ki, qanun qüvvəyə mindikdən 6 həftə sonra Rusiya qazının idxalına qadağa qoyulacaq, eyni zamanda mövcud müqavilələr üçün keçid dövrü qüvvədə qalacaq.
Əliyar Xəlil
Globalinfo.az