bb1c07433a6f9ec42cf4abbab0da0d73 1

Monakoda baş verən partlayış nəticəsində ukraynalı iş adamı Vadim Yermolayev yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

Ukraynanın “Novosti.Live” nəşri isə hadisənin Yermolayevə qarşı həyata keçirilmiş sui-qəsd cəhdi olduğunu iddia edir:

“Partlayış yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə 23:15) baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir. İlkin məlumata əsasən, onların hər üçü eyni ailənin üzvləridir”.

Monako hökumətinin rəhbəri Kristof Mirmand bildirib ki, bu hadisə, ehtimal ki, knyazlığın tarixində baş verən ilk terror aktıdır.

Qeyd edək ki, Vadim Yermolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edib. 2023-cü ildə isə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ona qarşı sanksiyalar tətbiq edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: